Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA peşəkar təlimçiləri əməkdaşlığa dəvət edir 13.09.19
KOBİA peşəkar təlimçiləri əməkdaşlığa dəvət edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro, kiçik və orta biznes subyektləri və startaplar üçün aşağıdakı təlim mövzuları üzrə peşəkar təlimçiləri əməkdalığa dəvət edir:

Mövzular:

- Maliyyə hesabatlarının hazırlanması və təhlili;

- Korporativ idarəetmə;

- Satış, marketinq və satışdan sonrakı xidmətlər;

- Təşkilatdaxili və individual davranışın əsasları, idarəetmə psixologiyası;

- Motivasiya-həvəsləndirmə və mükafatlandırma;

Startap layihələrinin yaradıcıları üçün:

- İnnovativ layihələrin ilkin hazırlıq və yaradılması prosesində məsləhət;

- Biznes modelin və biznes planın işlənib hazırlanması;

- İlkin maliyyələşmə mənbələrinə çıxış imkanları.

Təlimçilərə dair tələblər:

- Ali təhsil;

- Peşə üzrə biliklər və təcrübə;

- Təlimçi təcrübəsi;

- Yüksək səviyyədə ünsiyyət bacarığı.

Maraqlanan şəxslərdən CV-lərini, təlmçi sertifikatını, referans məktublarını və təkliflərini mövzu yerində müvafiq mövzunun adını və “Təlimçi” sözünü qeyd etməklə Agentliyin training@smb.gov.az e-mail ünvanına göndərmələri xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqələndirici şəxs: Urfan Nəbiyev

Telefon: (+994 12) 404-04-01.

Powered by Froala Editor