Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA: Şəkinin böyük turizm potensialı KOB-lar üçün əlavə üstünlüklər yaradır 07.07.21
KOBİA: Şəkinin böyük turizm potensialı KOB-lar üçün əlavə üstünlüklər yaradır

Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib.

 

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şəkinin böyük turizm imkanlarının bölgədə fəaliyyət göstərən KOB subyektləri və potensial sahibkarlar üçün əlavə üstünlüklər yaratdığını vurğulayıb. Qeyd edilib ki, turizm sahəsində sahibkarlığın təşviq olunması KOBİA-nın fəaliyyət istiqamətlərindəndir və turizm yönümlü startap ideyası olan KOB-lar "Startap" şəhadətnaməsi almaq, eləcə də daxili bazar araşdırmasının aparılmasına maliyyə dəstəyinin göstərilməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Agentliyin Şəki şəhərində "KOB Dostu" və KOB İnkişaf Mərkəzi (KOBİM) fəaliyyət göstərir ki, onlar yeni KOB-ların yaranmasına və mövcud sahibkarların inkişafına, KOB-ların maraqlarının müdafiəsinə, dövlət dəstəyi mexanizmləri barədə sahibkarların məlumatlandırılmasına dəstək olur, biznes sahəsində bilik və bacarıqların artırılması üçün məsləhət və təlim xidmətləri göstərir.

Powered by Froala Editor