Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib
KOBİA və Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumu arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib 04.11.19
KOBİA və Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumu arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan pavilyonunun açılışında iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndə heyəti Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumunun Baş icraçı direktoru Abdul Baset Al Janahi ilə görüşüb.

Görüşdə KOBİA və Dubayın Kiçik və Orta Müəssisələr qurumu arasında mövcud əlaqələr və yeni əməkdaşlıq istiqamətlərinə, eləcə də Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq imkanlarına, Bakıda Dubay KOB-larının iştirakı ilə tədbirin keçirilməsinə dair məsələlər müzakirə edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda KOB-ların inkişafına verilən əhəmiyyət və bu sahədə görülən işlər, o cümlədən son bir ildə Agentliyin fəaliyyəti və layihələri barədə ətraflı məlumat verib, yeni əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Dubayın Kiçik və Orta Müəssisələr üzrə qurumunun Baş icraçı direktoru Abdul Baset Al Janahi KOBİA-nın son bir ildə KOB-ların dəstəklənməsi məqsədilə gördüyü işləri və həyata keçirdiyi layihələri maraqla qarşılayıb və əlaqələrin yeni inkişaf perspektivlərinə dair fikirlərini bildirib.

Powered by Froala Editor