Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA və GİZ arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib 17.01.20
KOBİA və GİZ arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru Sonia Fontain ilə görüşüb.


Görüşdə KOBİA və GİZ arasında kiçik və orta sahibkarlığın (KOB) inkişafı istiqamətində həyata keçirilən əməkdaşlıq, Agentliyin reallaşdıracağı yeni tədbir və layihələrdə GİZ-in iştirakı və dəstəyi məsələləri müzakirə olunub. GİZ-in KOBİA tərəfindən yaradılmaqda olan KOB inkişaf mərkəzlərinə texniki dəstək göstərməsi, aqrar sahə və regionlarda qadın sahibkarlığı üzrə təlimlərin təşkili, inkubator və akseleratorların inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor