Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Yaşıl biznes necə olmalıdır? İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim keçirilib Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində
KOBİA və MÜSİAD-ın birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək 05.10.21
KOBİA və MÜSİAD-ın birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək

25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) bu ilin 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və forumun təsisçisi olan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək forum bir sıra ölkələrdən iş adamlarını və dövlət rəsmilərini bir araya gətirəcək. Hər il müxtəlif ölkələrdə keçirilən forumun təşkilində başlıca məqsəd ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsidir. Bu məqsədlə forum çərçivəsində bir sıra konfranslar, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgilər və digər tədbirlər keçiriləcəkdir.

 

Türkiyədə səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar arasında keçirilmiş görüşdə foruma hazırlıq işlərinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu ilin iyul ayında KOBİA və İBF arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, foruma hazırlıq işləri davam etdirilir. Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi də nəzərdə tutulur.  Forum post-COVİD dövründə də ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından iştirakçı ölkələr üçün faydalı olacaqdır.

 

MÜSİAD nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə KOBİA və MÜSİAD arasında yeni əməkdaşlıq istiqamətlərinə dair də fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor