Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair sənəd imzalanıb 17.11.21
KOBİA və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair sənəd imzalanıb

Noyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya İxrac Mərkəzi adından Azər Talıbov imzalayıblar. Anlaşma Memorandumu Azərbaycan və Rusiya arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsini, ixrac və sənaye sektoru üzrə məlumat mübadiləsini, qarşılıqlı biznes missiyaların və digər tədbirlərin təşkilini və s. istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. 

Anlaşma Memorandumu Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş şəhər infrastrukturunun inkişafına – “Ağıllı şəhər”ə dair Rusiyanın biznes missiyası ilə görüş çərçivəsində imzalanıb. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların "Ağıllı şəhər" layihələrində iştirakına, yerli və Rusiya KOB-ları arasında əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Qeyd olunub ki, Azərbaycan və Rusiya sahibkarlarının, xüsusilə də KOB-ların iştirakı ilə “Ağıllı şəhər” konsepsiyası əsasında birgə layihələrin həyata keçirilməsi üçün potensial var. Bu yanaşma tədarük zəncirində KOB-ların rolunun artmasına, yeni birgə müəssisələrin yaradılmasına və innovativ həllərin tətbiqinin genişlənməsinə öz töhfəsini verəcəkdir. Müvafiq istiqamətdə dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi isə belə layihələrin operativ həyata keçirilməsində və maliyyələşdirilməsində intensivliyi artıra bilər. KOBİA sədri həmçinin, Agentliyin fəaliyyəti, Rusiyanın müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıq barədə də məlumat verib. Bildirilib ki, Rusiya iş adamları yerli KOB-larla əməkdaşlığın qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi, eləcə də birgə təşəbbüslərin reallaşdırılması üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlana bilərlər. 

Powered by Froala Editor