Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
KOBİA və Serbiyanın İnkişaf Agentliyi 2026-2027-ci illər üzrə KOB sahəsində əməkdaşlığa dair Yol Xəritəsini təsdiq ediblər 24.10.25
KOBİA və Serbiyanın İnkişaf Agentliyi 2026-2027-ci illər üzrə KOB sahəsində əməkdaşlığa dair Yol Xəritəsini təsdiq ediblər

Belqradda imzalanmış Yol Xəritəsində bir sıra tədbirlər nəzərdə tutulur.

Serbiyanın Belqrad şəhərində keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Serbiyanın İnkişaf Agentliyi (RAS) əməkdaşlığa dair Yol Xəritəsini təsdiq ediblər. 

Sənəd 2022-ci ildə KOBİA və Serbiyanın İnkişaf Agentliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası istiqamətində fəaliyyətin təşkilini nəzərdə tutur. 2026-2027-ci illəri əhatə edən Yol Xəritəsində Azərbaycan və Serbiya KOB-ları arasında əlaqələrin qurulmasına dəstək, KOB-larla bağlı tədbirlər, onlar üçün ən yaxşı dəstək mexanizmləri və biznes imkanları haqqında məlumat və təcrübə mübadiləsi, KOB-larla əlaqəli təşkilatlar arasında əməkdaşlığın qurulması, mövcud məlumatların qarşılıqlı şəkildə paylaşılması, tərəflərin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştiraka dəstək və digər məsələlər öz əksini tapıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Hökumətlərarası Komissiyanın iclasında və Azərbaycan–Serbiya biznes forumundakı çıxışlarında KOB-ların inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayıb. O, KOB evi ilə bağlı təcrübənin paylaşılması və Agentliyin təşəbbüsü ilə irəli sürülmüş Bakı İqlim Bəyyanaməsinə qoşulma kimi istiqamətlərin əməkdaşlığa töhfə verəcəyini qeyd edib. KOBİA sədri Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə də məlumat verib.

Powered by Froala Editor