Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb 29.01.21
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb

Ölkəmizdə səfərdə olan Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar. 


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk arasında keçirilmiş görüşdə Agentliyin fəaliyyəti, KOB-lara dəstək mexanizmləri, KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq barədə məlumat verilib. KOBİA və TÜMKİAD arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə Orxan Məmmədov işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensiala malik olduğunu, türk şirkətlərinin bu ərazilərdə aparılan yenidənqurma işlərində iştirakı və investisiya qoyuluşu üçün geniş imkanların olduğunu vurğulayıb. Həmçinin, Agentlik Türkiyəli investorların Azərbaycan KOB-larının layihələrinə cəlb edilməsinə, hər iki ölkənin biznes assosiasiyaları arasında əməkdaşlığın genşləndirilməsinə dəstək göstərə bilər.        


TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk isə görüşdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.Görüş çərçivəsində KOBİA və TÜMKİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk imzalayıblar. Anlaşma memorandumunda hər iki ölkənin KOB-ları üçün qarşılıqlı sәrmayә yatırımlarının hәyata keçirilmәsinsә dәstәyin göstәrilmәsi, birgә tәdbirlәrin tәşkili, qarşılıqlı işgüzar sәfәrlәr zamanı zәruri әlaqәlәndirmәnin təmin olunması, informasiya vә qabaqcıl tәcrübә mübadilәsi nəzərdə tutulur. 

Qeyd edək ki, TÜMKİAD Türkiyənin iş adamlarının birliyidir və sıralarında iqtisadiyyatın 27 sektoru üzrə 350-dən çox şirkəti birləşdirir.

 

 

Powered by Froala Editor