Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA və Türkiyə Prezidenti yanında İnvestisiya Ofisi arasında görüş keçirilib 27.10.21
KOBİA və Türkiyə Prezidenti yanında İnvestisiya Ofisi arasında görüş keçirilib

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu ilə görüşüb.

 

Burak Dağlıoğlu sammitin Azərbaycana birbaşa xarici investisiyaların cəlb olunması, ölkənin əlverişli biznes mühiti barədə investorların məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qurumlar arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib.

 

Görüşdə 2020-ci ilin dekabrında KOBİA və İnvestisiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq istiqamətlərinə, eləcə də Azərbaycan biznesinə investisiya qoyuluşunun genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor