Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
KOBİA yanında İctimai Şuranın fəaliyyətindən bir il ötür 27.11.19
KOBİA yanında İctimai Şuranın fəaliyyətindən bir il ötür

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın birillik fəaliyyətinə və 2020-ci ildə planlaşdırılan tədbirlərinə dair iclas keçirilib. Tədbirdə KOBİA-nın nümayəndələri, Agentlik yanında İctimai Şuraya daxil olan 15 qeyri-hökumət təşkilatı və assosiasiya rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iclasın məqsədinin İctimai Şuranın 1 illik fəaliyyətinə dair hesabatı dinləmək, növbəti il üçün şuranın planları barədə müzakirələr aparmaq, İctimai Şuranın KOBİA-dan olan gözləntilərini və təkliflərini öyrənmək olduğunu qeyd edib. İctimai Şuranın 2020-ci ildə Agentliyin fəaliyyəti və dəstək xidmətləri barədə sahibkarların məlumatlandırılmasında və maarifləndirilməsində daha aktiv iştirakının, iqtisadiyyatın müxtəlif sektorlarında sahibkarların qarşılaşdıqları məsələlər və biznes assosasiyaların fəaliyyətinin gücləndirilməsi üçün KOBİA ilə sıx əməkdaşlığının, bu istiqamətdə təklif və təşəbbüslərlə çıxış etməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra KOBİA yanında İctimai Şuranın 1 illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. İctimai Şuranın sədri Fərhad Qaraşov bildirib ki, şura 2018-ci ilin noyabrında Agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. Ötən müddətdə İctimai Şuranın təşkilatçılığı ilə təhsil, maliyyə bazarlarına çıxış, tibb, turizm, KOB-ların inkişafında ictimai şuraların rolu mövzularında ictimai müzakirələr keçirilib. Növbəti ictimai müzakirə - gənc sahibkarlar forumu dekabrın 10-da təşkil olunacaq. Belə tədbirlərin effektivliyi nəzərə alınaraq davamlı olaraq təşkil ounması nəzərdə tutulur. Bundan başqa, şura Agentliyin KOB sahəsində qanunvericiliyə dəyişikliklər, sahibkarların maarifləndirilməsinə dair tədbir və layihələrində iştirak edib, Agentliyə bir sıra təkliflər təqdim olunub.

İclasda KOBİA yanında İctimai Şuranın 1 illik fəaliyyəti barədə müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən narçılıqla məşğul olan fermerlərə və assosiasiyanın fəaliyyətinə göstərdiyi dəstəyə görə “Azərbaycan narı” döş nişanı ilə, İctimai Şuranın üzvləri isə şuranın işində aktiv iştiraklarına görə təşəkkürnamələrlə təltif olunublar.

Powered by Froala Editor