Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
KOBİA yanında İctimai Şuranın forumunda qiymətləndirmə fəaliyyəti haqqında Qanuna dəyişikliklər müzakirə edilib 15.03.21
KOBİA yanında İctimai Şuranın forumunda qiymətləndirmə fəaliyyəti haqqında Qanuna dəyişikliklər müzakirə edilib

Martın 15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı və “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin tərəfdaşlığı ilə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa gözlənilən dəyişikliklər” mövzusunda onlayn forum keçirilib.


KOBİA-nın dəstəyi, Milli Məclisin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə təşkil olunmuş forumda qiymətləndirmə sahəsində fəaliyyətin hüquqi tənzimlənməsinə, bu sahədə qanunvericiliyə gözlənilən dəyişikliklərə və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini maraqlandıran digər məsələlərə dair müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, dövlət və özəl sektor arasında səmərəli əlaqələrin qurulması, dövlət-sahibkar əməkdaşlığının inkişafı Agentliyin fəaliyyət istiqamətlərindəndir və bu məqsədlə mütəmadi olaraq sahəvi görüşlər, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə müxtəlif mövzularda forumlar təşkil olunur. Onlayn forumun məqsədi qiymətləndirmə sahəsində qanunvericiliyə gözlənilən dəyişikliklərin ictimai müzakirəsinə vasitəçilik etmək, bu sahədə aidiyyəti qurumların və sahibkarların təkliflərinin öyrənilməsidir. Vurğulanıb ki, qiymətləndirmə sahəsində hüquqi bazanın müasir tələblər və mövcud bazar şərtləri ilə uzlaşmaması və digər məsələlər qiymətləndiricilərin sahibkarlıq subyekti kimi inkişafında müəyyən çətinliklər yaradır.


“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Nüsrət İbrahimov ictimai birliyin fəaliyyəti barədə məlumat verərək 36 qiymətləndirmə şirkətinin cəmiyyətin üzvü olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, qiymətləndirmə fəaliyyəti haqqında 1998-ci ildə qəbul edilmiş qanun müasir çağırışlara və beynəlxalq standartların tələblərinə cavab vermir, peşəkar fəaliyyətə nəzarəti məhdudlaşdırır. Beynəlxalq standartlar nəzərə alınmaqla hazırlanan yeni qanunvericilik müvafiq sahənin inkişafında əhəmiyyətli olacaqdır.


Onlayn forumda Milli Məclisin deputatı Vuqar Bayramov, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri Nuranə Abbasova, əmlak sahəsində ekspert Ramil Osmanlı, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin və qiymətləndirici şirkətlərin nümayəndələri qiymətləndirmə sahəsində mövcud vəziyyətə, yeni qanun layihəsinə dair fikirlərini və təkliflərini bölüşüblər.

Powered by Froala Editor