Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
KOBİA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib 02.12.22
KOBİA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Məlumat verildiyi kimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yeni tərkibinin formalaşdırılması üçün seçkilər keçirilib və şuraya 15 vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən ibarət yeni üzvlər seçilib. 


Dekabrın 2-də KOBİA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda şuranın sədri, sədrin müavini və katibi seçilib. Belə ki, növbəti iki ildə KOBİA yanında İctimai Şuraya “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov rəhbərlik edəcək. “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov İctimai Şuranın sədr müavini, “Davam Gənclər Hərəkatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Nihad Allahyarlı isə şuranın katibi vəzifəsinə seçilib. 


İclasda KOBİA yanında İctimai Şuranın gələcək fəaliyyətinə və 2023-cü il üzrə Tədbirlər Planına dair fikir mübadiləsi aparılıb və şura üzvlərinin təklifləri dinlənilib. 

Powered by Froala Editor