Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib 13.09.24
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib

İclasda müxtəlif reytinq hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib.


“Bakı KOB evi”ndə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.  


İclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Energetika, Ədliyyə nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin və digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. 


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və KOBİA-nın İdarə Heyətinin sədri, İşçi Qrupunun rəhbəri Orxan Məmmədovun iştirakı ilə keçirilmiş iclasda “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun 2024-cü ilin ötən dövrü üzrə Fəaliyyət Planının icrası istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. 


İclasda KOBİA tərəfindən məlumat verilib ki, Qlobal İnnovasiya İndeksinin “Sahibkarlıq siyasəti və mədəniyyəti” indikatoru üzrə Azərbaycana dair məlumatın əks olunması məqsədilə zəruri işlər görülüb. Həmçinin, Qlobal İnnovasiya İndeksinin “Biznesin aparılması üçün şərait” və “Klasterlərin inkişafı” indikatorları üzrə sorğuların keçirilməsi və məlumatların yenilənməsi istiqamətində Dünya İqtisadi Forumu ilə əməkdaşlıq həyata keçirilib. İşçi qrupunun bir hissəsi olan Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrup çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə Beynəlxalq Standartlaşdırma Təşkilatının texniki dəstəyi ilə milli ESG standartının hazırlanması istiqamətində tədbirlər görülür. Sözügedən standartın qəbul edilməsi ESG ilə bağlı daha geniş tənzimləyici çərçivənin müəyyən edilməsinə, fəaliyyətin konkret istiqamətlər üzrə qurulmasına və gələcəkdə məqsədyönlü təşviq və stimullaşdırıcı tədbirlərin tətbiqinə imkan yaradacaq, eləcə də ölkəmizin yaşıl gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.


İclasda həmçinin Qlobal İnnovasiya İndeksinin “Ekoloji performans” indikatoru və İqtisadi Azadlıq İndeksinin “İnvestisiya azadlığı” indikatorları üzrə ölkəmizin göstəricilərinin yaxşılaşdırılması üzrə təkliflər və digər cari məsələlər müzakirə edilib. 

Powered by Froala Editor