Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Korporativ sosial məsuliyyət çərçivəsində futbol klubuna sahibkarlardan dəstək 30.04.25
Korporativ sosial məsuliyyət çərçivəsində futbol klubuna sahibkarlardan dəstək

Korporativ sosial məsuliyyət (KSM) sosial, ekoloji və iqtisadi sahələrə müsbət təsir etməklə, cəmiyyətin inkişafına töhfə verir. KSM həmçinin, biznesin cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməsi və davamlı inkişafı dəstəkləməsi baxımından əhəmiyyətlidir. 

Bu yaxınlarda Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlar KSM-in önəmini bir daha nümayiş etdirdilər. Belə ki, 2024-cü ildə təsis olunmuş “Sabirabad Futbol Klubu” MMC Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edərək futbol klubunun fəaliyyətini davam etdirməsi üçün maliyyə dəstəyinə ehtiyac olduğunu bildirib. Agentliyin təşəbbüsü ilə futbol klubu və yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib. Yerli sahibkarlıq subyektlərindən olan “Omeqa Klinika” MMC müraciətə müsbət yanaşaraq, futbol klubunun fəaliyyətinə dəstək məqsədilə onunla sponsorluq müqaviləsi imzalayıb. Sabirabadda fəaliyyət göstərən digər sahibkarlar da futbol klubunun fəaliyyətinə dəstək göstərəcəklərini bildiriblər. 

Bu, yalnız futbol klubunun fəaliyyətini davam etdirməsinə dəstək deyil, eyni zamanda yerli sahibkarların Sabirabadda idmanın inkişafına, gənclər arasında sağlam həyat tərzinin və idmanın təşviqinə töhfəsidir. Belə təşəbbüslər sahibkarlar arasında əməkdaşlığı genişləndirməklə regionun inkişafına da öz müsbət təsirini göstərir. 

Xüsusilə regionlarda KSM çərçivəsində layihələr həyata keçirmək istəyən, bu istiqamətdə müvafiq tərəfdaş və layihə axtarışında olan sahibkarlar məlumat və əlaqələndirmə dəstəyi üçün KOB dostlarına müraciət edə bilərlər. 

Qeyd edək ki, dünyada KSM 1970-ci illərdən tətbiq olunmağa başlanılıb və ilk KSM fəaliyyətləri müxtəlif fövqəladə hadisələr və ekoloji qəzalarla bağlı olub. Sonradan KSM daha geniş şəkildə bizneslərin sosial məsuliyyətlərini yerinə yetirmə fəaliyyətinə çevrilib. Bu gün KSM beynəlxalq şirkətlərin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir və ötən müddət ərzində mahiyyəti xeyli dəyişib. KSM tətbiq edən şirkətlər yalnız sosial məsuliyyətlərini yerinə yetirmir, həmçinin uzunmüddətli faydalar da əldə edirlər. Bunlar arasında müştəri məmnunluğunun artması, şirkət imicinin yaxşılaşması, investisiya cəlbediciliyinin artmasını qeyd etmək olar. Əvvəllər ölkəmizdə KSM layihələr daha çox iri şirkətlər tərəfindən reallaşdırılıb. Hazırda bu istiqamətdə KOB subyektlərinin də fəaliyyəti müşahidə olunur. Bununla belə bu sahədə iri şirkətlərin fəallığı davam etməkdədir. Bu gün yerli şirkətlər sosial və ekoloji layihələrlə yanaşı, digər sahələrdə də maraqlı KSM təşəbbüsləri ilə çıxış edirlər. 

Powered by Froala Editor