Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Lerikdə investisiya imkanlarına dair forum keçirilib 13.06.23
Lerikdə investisiya imkanlarına dair forum keçirilib

Lerikdə investisiya imkanları mövzusunda forumda sahibkarlar biznes fəaliyyəti üçün dövlət dəstəyi mexanizmləri, regionun investisiya imkanları barədə məlumatlandırılıblar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerikdə rayonunun investisiya imkanlarına dair forum keçirilib. Tədbirdə rayonda sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların inkişaf etdiyini qeyd edib, Lerikdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən biznes fəaliyyəti üçün potensial sahələr barədə məlumat verib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında regionların rolunun vacib olduğunu vurğulayıb, rayonlarda sahibkarlığın inkişafı, yeni biznes subyektlərinin yaradılması və inkişafına, özünüməşğulluğun təmin edilməsinə Agentlik tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə danışıb. Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətlərindən yararlanmaq istəyən sahibkarlar Agentliyin ölkənin 40-dan çox şəhər və rayonunu əhatə edən KOB dostu ofislərinə, KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.   

Tədbirdə millət vəkili İqbal Məmmədov regionların investisiya potensialının reallaşdırılması tədbirləri barədə fikirlərini bölüşüb. 

Forumda həmçinin KOBİA-nın fəaliyyətinə və Lerik rayonunun kənd icmalarının fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair videoçarxlar nümayiş olunub. 

Tədbir çərçivəsində həmçinin, KOBİA-nın, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun və Dövlət Turizm Agentliyinin nümayəndələri “Lerikdə investisiya imkanları: mövcud potensial və perspektivlər” mövzusunda təqdimatlarla çıxış edərək sahibkarları məlumatlandırıblar, onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor