Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi
Menecment sahəsində virtual beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə! 23.06.21
Menecment sahəsində virtual beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində 2021-ci ilin avqust-oktyabr aylarında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün


MÜSABİQƏ ELAN EDİR


Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin virtual ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində menecerlərin hazırlanması və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir (Additional information for applicants and participants).

 

Kurs haqqında

 

Mövzu: “İqtisadi kooperasiya”

Proqramın dili: İngilis dili

Onlayn mərhələ: onlayn təlimlər, alman şirkətlərinə onlayn turlar və onlayn görüşlər (12 həftə)

Proqramdan sonrakı mərhələ («Follow up») : 6 ay

Almaniyada proqramın yekun mərhələsi: 1 həftə (pandemiya şəraitinə uyğun olaraq ixtisasartırma kursunu uğurla başa vuracaq iştirakçıların Almaniyaya səfərləri  nəzərdə tutulur).

Məzunlar arasında əlaqələrin inkişaf etdirilməsi və məzunlarla iş

Kurs haqqında əlavə məlumat: https://managerprogramm.de/en/business-with-germany/programme-phases/


Tədris kursu ödənişsizdir. Kursu uğurla başa vuran iştirakçılara GİZ təşkilatı tərəfindən beynəlxalq sertifikat təqdim edilir.


Namizədə dair tələblər:

- Ali təhsil (bakalavr və/və ya magistr dərəcəsi);

- İdarəetmə sahəsində ən azı 1 il təcrübə;

Yaşı 45-dən çox olmamalı;

- Yaxşı səviyyədə ingilis dili;

- Yüksək ünsiyyət və təqdimetmə bacarıqları.

 

Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində və elektron qaydada İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

 

- müraciət forması (Application Form);

- fərdi məlumatların qorunmasına dair ərizə (Data protection declaration / Privacy statement);

- Kooperasiya layihəsi (Cooperation project) – 1-dən 5-dək olan bəndlər tam cavablandırılmalıdır;

- Proqramda iştiraka razılığa dair əməkdaşın vəzifəsi qeyd edilməklə iş yerindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş arayış.

 

Təqdim olunmuş sənədlər ilkin qiymətləndirildikdən sonra uyğun namizədlər GİZ təşkilatının məsul əməkdaşlarının iştirakı ilə fərdi onlayn müsahibələrə dəvət ediləcəkdir. 

 

Ətraflı məlumat üçün: (012) 404 04 01 / (055) 200 04 57, training@smb.gov.az (Məlahət Kazımova).

Powered by Froala Editor