Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır? KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur! Hansı strateji sahələrə investisiya təşviqi sənədi verilir? Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər
Mini futbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert təşkil olunub 15.06.22
Mini futbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert təşkil olunub

İyunun 15-də Bakı Bulvarında Slovakiyada keçirilmiş Avropa çempionatında qalib gəlmiş minifutbol üzrə milli komandamızın qalibiyyətinə həsr olunmuş konsert təşkil olunub. 


Milli komandanın iştirakı ilə keçirilmiş konsert Gənclər və İdman NazirliyininKiçik və Orta Biznesin İnkişafı Agentiliyininn (KOBİA), Azərbaycan Minifutbol Federasiyasının, “Azfar Group”un və “Zirə” Peşəkar Futbol Klubunun təşkilatçılığı, mobil operator "Nar"ın dəstəyi ilə baş tutub.   


Tədbirdə “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti və Azərbaycan Minifutbol Federasiyasının təsisçisi Orxan Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev, “Zirə” Peşəkar Futbol Klubunun baş məşqçisi Rəşad Sadıqov və əməkdar artist Bəhram Bağırzadə çıxış edərək qalibiyyət münasibətilə futbolçuları və azarkeşləri təbrik ediblər. 


Konsert çərçivəsində kubokun azarkeşlərə təqdim olunması məqsədilə şəhər turu təşkil olunub. Avropa çempionatı zamanı minifutbol üzrə milli komandamızın qazandığı kubok xüsusi avtobusda şəhərin əsas hissələrində nümayiş olunub.


Konsertdə müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif, Səmra və digərləri çıxış ediblər. 


Qeyd edək ki, minifutbol üzrə milli komandamız tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 hesabı ilə qalib gələrək qızıl medala sahibi olub. İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib. Görüşdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov da iştirak ediblər. Həmçinin, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrılıb. 

Powered by Froala Editor