Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Növbəti “KOB Fest” sərgi-satış yarmarkası Şəkidə keçiriləcək 20.07.22
Növbəti “KOB Fest” sərgi-satış yarmarkası Şəkidə keçiriləcək





Növbəti KOB Fest sərgi-satış yarmarkası iyulun 22-də Şəki şəhərində təşkil olunacaq. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və s. xidmət sahələrində bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq. Festival ərzində mədəni-əyləncəli proqram da təşkil ediləcək.

 

Şəki Xan Sarayının ərazisində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.

 

Qeyd edək ki, bu ilin aprel ayından start götürən “KOB Fest” sərgi-satış yarmarkasının  təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri  genişləndirməkdir. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran, Sumqayıt və Quba şəhərlərində təşkil edilib. 



Powered by Froala Editor