Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Ölkəmizdə fəaliyyət göstərən türk iş adamları birlikləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib 18.12.23
Ölkəmizdə fəaliyyət göstərən türk iş adamları birlikləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən "Türk iş adamları birlikləri ilə əməkdaşlıq" mövzusunda ictimai dinləmədə Azərbaycan və Türkiyə iş adamlarının yeni əməkdaşlıq imkanlarına, birgə biznes təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, KOBİA və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə "Türk iş adamları birlikləri ilə əməkdaşlıq" mövzusunda ictimai dinləmə keçirilib. 

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən və sıralarında yüzlərlə iş adamını birləşdirən "MÜSİAD Azərbaycan", Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) kimi təşkilatların, biznes assosiasiyaların nümayəndələri və sahibkarlar iştirak ediblər. 

İctimai dinləmədə ölkəmizdə fəaliyyət göstərən türk iş adamlarının fəaliyyəti, Azərbaycan və Türkiyə sahibkarları arasında əlaqələrin genişləndirilməsi imkanları, dövlət-özəl əməkdaşlığının mövcud əlaqələrin inkişafına verə biləcəyi töhfə, çətinlkər və onların həlli istiqamətində birgə tədbirlər müzakirə edilib. Tədbirdə hər iki ölkənin iş adamları arasında mövcud olan əməkdaşlıq platformalarının inkişaf etdirilməsi və onlar çərçivəsində ortaq layihələrin icrası, Azərbaycan iqtisadiyyatının prioritet sahələrinə türk iş adamları tərəfindən investisiya qoyuluşu imkanları da nəzərdən keçirilib. 

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, ASK-nın prezidenti Məmməd Musayev, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli, ATİB-in sədri Mürsəl Rüstəmov və TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın müsbət dinamikasının biznes subyektləri arasında əlaqələrin daha da genişlənməsinə, birgə layihələrin icrasına və investisiya qoyuluşuna öz müsbət töhfəsini verdiyini vurğulayıb, biznes dairələri arasında əməkdaşlıq perspektivlərinə dair fikir və təkliflərini bölüşüblər. 

İctimai dinləmədə türk iş adamları və yerli KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkə sahibkarlarının iştirakı ilə birgə təşəbbüs, layihə və tədbirlərin icrası, təcrübə mübadiləsi, yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub, sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Powered by Froala Editor