Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar
Oman və Qətərin işgüzar dairələri ilə əməkdaşlıq imkanları müzakirə edilib 22.10.24
Oman və Qətərin işgüzar dairələri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Səfərlər zamanı Oman və Qətərin müvafiq qurumları ilə görüşlər keçirilib, KOBİA nümayəndələri müxtəlif tədbirlərdə iştirak ediblər.

KOB sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək və 5-ci Duqum Forumunda iştirak məqsədilə Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyinin dəstəyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Omanda səfərdə olublar. 

KOBİA nümayəndələri Maskat şəhərində KOB İnkişaf Fondunun sədri Salim Əl Zəvəvi və KOB İnkişaf İdarəsinin vitse-prezidenti Qais Əl Toubi ilə görüşüb. Görüşlərdə sahibkarlığın inkişafı sahəsində Azərbaycan və Oman arasında əməkdaşlıq, o cümlədən KOB-ların imkanlarını artırmaq üçün birgə təlim proqramlarının təşkili, hər iki regiondan biznesləri birləşdirəcək şəbəkələşmə tədbirlərinin keçirilməsi, ticarət missiyalarının təşkili müzakirə edilib, KOB-lara dəstək sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. 

Səfər çərçivəsində KOBİA nümayəndələri 5-ci Duqum Forumuna qatılıblar. Forumun “Qlobal texnologiya və təcrübələrin investisiyaları mavi iqtisadiyyata təşviq etməsi” mövzusunda panel müzakirədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-lar üçün mavi iqtisadiyyatdakı imkanlar, KOBİA-nın fəaliyyəti barədə məlumat verib.

Qətərə səfər zamanı isə Doha şəhərində KOBİA və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi, Azərbaycan və Qətərdən olan 60-dan çox iş adamının iştirakı ilə Dəyirmi Masa təşkil olunub. 

Səfər çərçivəsində həmçinin KOBİA nümayəndələri Qatar İnkişaf Bankının tabeliyində Qətər İxracın İnkişafı, Maliyyə və Təşviq Agentliyinin (Tasdeer) icraçı direktoru Xalid Abdulla Əl Mana və Qətər İş Adamları Assosiasiyasının Baş direktoru Sara Abdallah ilə görüşüb. Görüşlərdə Azərbaycan və Qətər sahibkarları arasında mövcud əməkdaşlıq, biznes əlaqələrinin genişləndirilməsi imkanları, hər iki ölkənin KOB-ları arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə KOBİA və müvafiq qurumlar arasında münasibətlərin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

Həmçinin, səfər zamanı KOBİA və Azərbaycan sahibkarları arasında görüş keçirilib. Görüşdə Körfəz ölkələri ilə işgüzar əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələri ilə bağlı müzakirələr aparılıb. 

Powered by Froala Editor