Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib 07.05.21
Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən qadın sahibkarların öz biznesini qurması və sahibkarlıq fəaliyyətini genişləndirməsi istiqamətində bilik və bacarıqlarının artırılması üçün təşkil etdiyi təlim kursu başa çatıb. 


Təlimlərə cəlb olunmuş Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonundan olan qadın sahibkarlar üçün 1 ay ərzində biznesə başlamaq, vergi və vergi güzəştləri, korporativ hüquq, şəxsi brendinq, marketinq, HR, qadın sahibkarlığın inkişafı və biznesdə davamlı inkişaf mövzularında təlimlər təşkil olunub. 


Pandemiya ilə əlaqədar təlimlər kiçik qruplar şəklində və müvafiq qaydalara əməl olunmaqla keçirilib.


Təlim proqramını uğurla başa vurmuş 20 qadın sahibkara sertifikatlar verilib. 

 

Qeyd edək ki, qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolunun, KOB subyektləri arasında qadınların sayının artırılması məqsədilə KOBİA tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması istiqamətində müvafiq tədbirlər görülür, o cümlədən qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir. 


Powered by Froala Editor