Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Qadın sahibkarların biznes bilikləri artırılır 29.03.23
Qadın sahibkarların biznes bilikləri artırılır

Aprel ayında başa çatacaq “Biznesdə qadınların gücü” layihəsi çərçivəsində üç ən yaxşı layihənin müəllifinə biznes ideyasını reallaşdırması üçün maliyyə dəstəyi göstəriləcək.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası,  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol Group”un dəstəyi ilə keçirilən “Biznesdə qadınların gücü” layihəsinə cəlb edilmiş 23 qadın sahibkarın biznes biliklərinin artırılması üçün fevral və mart aylarında müxtəlif təlimlər keçirilib, sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə görüş və Lənkəran şəhərinə təcrübə səfəri təşkil edilib. Layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun və işgüzar fəallığının artırılmasına dəstək olmaqdır. 


Təlimlər zamanı qadın sahibkarlar korporativ mədəniyyət və idarəetmə, məhsul, onun təqdimatı və satışı, “Startap” şəhadətnaməsinin üstünlükləri, liderlik, eləcə də biznesin qurulması və inkişaf etdirilməsi üçün zəruri olan digər mövzularda məlumatlandırılıblar. Təlimçi və ekspertlər Zahid Adıgözəlov, Sakit Səmədov, Hikmət Əliyev və Müjgan Əliyevanın iştirakı ilə keçirilmiş tədbirlərdə qadın sahibkarlarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və praktik məsləhət xidməti göstərilib. 


Həmçinin fevralda qadın sahibkarların biznes subyektlərinə dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə görüşləri, mart ayında isə Lənkəran rayonunda yerləşən çay plantasiyasına təcrübə səfərləri təşkil olunub. 


Qeyd: Aprel ayında başa çatacaq “Biznesdə qadınların gücü” layihəsinin iştirakçılarının təqdim edəcəyi 3 ən yaxşı layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcəkdir (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).

 

Powered by Froala Editor