Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bu ilin I yarısında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib Süni intellekt əsaslı və müştəriyönümlü: yeni startapların iddialı hədəfləri var ISO 14001 “Ətraf mühiti idarəetmə sisteminə olan tələbatlar” sertifikatı ilə bağlı maarifləndirici tədbir keçirilib KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb Sahibkarların müraciət və təklifləri dinlənilib 2025-ci ilin birinci yarısında sahibkarlarla 70-ə yaxın sahəvi və maarifləndirici görüşlər keçirilib İstehsal ilə məşğul olan KOB subyektlərinin nəzərinə! KOB klaster: Əməkdaşlıqla böyüyən biznes, güzəştlərlə azalan vergi yükü KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilib
Qadın sahibkarların əl işləri “Qış Bazarı” satış-yarmarkasında 21.12.19
Qadın sahibkarların əl işləri “Qış Bazarı” satış-yarmarkasında







Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qadın sahibkarların əl işləri Şahdağ Turizm Mərkəzində təşkil edilmiş “Qış Bazarı” satış-yarmarkasında nümayiş olunur.

Kiçik biznesin qadın nümayəndələri üçün ayrılmış xüsusi stenddə dekorativ tətbiqi sənət nümunələri, rəsmlər, müxtəlif materiallardan hazırlanmış işləmələr, toxumalar, suvenirlər və s. məhsullar təqdim edilir.

Yarmarkada qadın sahibkarlar həmçinin, Şahdağ Turizm Mərkəzinə gələn yerli və xarici turistlərdən əl işlərinin hazırlanması üçün sifarişlər də qəbul edirlər.

“Qış Bazarı” satış-yarmarkası 15 yanvar 2020-ci il tarixinədək davam edəcəkdir.

Powered by Froala Editor