Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır
Qarabağa investisiya yatırmaq üçün müraciət etmiş sərmayədarların 50%-ə yaxını Türk Şurasına üzv ölkələrin investorlarıdır 10.09.21
Qarabağa investisiya yatırmaq üçün müraciət etmiş sərmayədarların 50%-ə yaxını Türk Şurasına üzv ölkələrin investorlarıdır

İşğaldan azad edilmiş ərazilərdə layihələr həyata keçirməkdə maraqlı olan yerli və xarici investorlardan indiyədək KOBİA-ya təxminən 220-yə yaxın müraciət daxil olub. Bu müraciətlərin təxminən 50%-i Türk Şurasına üzv olan və müşahidəçi qismində iştirak edən ölkələrdən daxil olub. Bunlar arasında çoxluğu türk investorlar təşkil edir. Göstərilən maraq təsadüfi deyil, çünki Qarabağ bir çox biznes imkanlarına malikdir.

 

Bu barədə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində keçirilmiş işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına dair Biznes Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Qeyd olunub ki, Türk Şurasına üzv ölkələr arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlıq kiçik və orta sahibkarların (KOB) iştirakı ilə Qarabağda işgüzar əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar açır. “Azərbaycan və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması da yeni nəqliyyat qovşaqları yaradacaq, regionda, o cümlədən Türk Şurasına üzv dövlətlərin KOB-ları üçün yeni imkanlar açacaqdır. İşgüzar dairələri bu imkanlardan yararlanmağa dəvət edirik. KOBİA olaraq Azərbaycana investisiya yatırmaq istəyən xarici sərmayədarlara aidiyyəti qurumlarla əlaqələndirmə, uyğun yerli tərəfdaşların tapılması kimi istiqamətlərdə dəstək göstərməyə hazırıq”- deyə Orxan Məmmədov vurğulayıb. 

Powered by Froala Editor