Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Qəbələdə biznes təlimləri başa çatıb 13.06.22
Qəbələdə biznes təlimləri başa çatıb

“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Qəbələ rayonunda peşə təhsili alan sonuncu kurs tələbələrinin iştirakı ilə keçirilmiş biznes təlimlər başa çatıb.  

 

Qəbələ Dövlət Peşə Təhsil  Mərkəzində keçirilən və üç həftə davam etmiş təlimlərdə gənclər KOBİA-nın Yevlax KOB İnkişaf Mərkəzinin ekspertlərinın mentorluğu ilə biznesə başlamaq, sahibkarlığın əsasları, satış, marketinq və s. mövzularda ilkin biznes biliklərinə yiyələniblər. Ümumilikdə təlimlərdə Qəbələ Dövlət Peşə Təhsil   Mərkəzinin sonuncu kursunda təhsil alan 158 nəfər gənc iştirak edib. 

 

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. Layihə ilkin olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilib. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə edir. Layihə çərçivəsində biznes və peşə təlimlərini uğurla başa vuran gənclərin müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulur.

Powered by Froala Editor