Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Qlobal Biznes Forumda Azərbaycanda gənc sahibkarlıq barədə məlumat verilib 19.07.23
Qlobal Biznes Forumda Azərbaycanda gənc sahibkarlıq barədə məlumat verilib

“Qlobal Biznes Həftəsi 2023” çərçivəsində Şotlandiyanın Qlazqo şəhərində "Big Boss" Qlobal Biznes və İnnovasiya Forumu keçirilib. 

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə gənc sahibkarlıq, gənclərin biznes fəaliyyətinin dəstəklənməsi üçün mexanizmlər və Agentliyin fəaliyyəti barədə məlumat verib. 

Qeyd edilib ki, KOB-ların iqtisadiyyatda, məşğulluqda və ixracda payını artırmaq KOBİA-nın başlıca hədəfləri sırasındadır. Bu məqsədlərə çatmaqda gənc sahibkarların da rolu var. Azərbaycanda iqtisadi fəal əhalinin təxminən 27%-ni gənclər təşkil edir və onlar biznes fəaliyyətinə də maraq göstərirlər. Aparılan sorğular və araşdırmalar göstərir ki, gənc sahibkarlar daha çox biznes bacarıqlarının olmaması, maliyyə resurslarına və bazarlara çıxışla bağlı problemlərlə üzləşirlər. KOBİA qeyd olunan istiqamətlərdə gənc sahibkarlara müxtəlif mexanizmlər çərçivəsində dəstək göstərir. Azərbaycanın işğaldan azad edilmiş əraziləri yaxın dövrlərdə biznesin, xüsusən də gənc sahibkarlığın inkişafı üçün daha bir mühüm hərəkətverici qüvvə olacaqdır. Qarabağ regionu üçün nəzərdə tutulan “yaşıl iqtisadiyyat” və “ağıllı şəhər” konsepsiyaları bölgəni yeni innovativ bizneslər üçün cəlbedici mərkəzə çevirəcəkdir.



Powered by Froala Editor