Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir 20.10.21
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir

Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi öz işinə başlayıb. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgini dəstəkləyən qurumlardandır və sərgidə xüsusi stendlə təmsil olunur. KOBİA-nın stendində işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşunda və biznes layihələri həyata keçirməkdə maraqlı olan yerli və xarici iş adamlarının müraciətləri yerində qəbul edilir. Stenddə həmçinin, müvafiq istiqamətdə KOBİA-ya daxil olan müraciətlərə dair məlumatlandırıcı lövhə yerləşdirilib. Məlumat üçün bildirək ki, indiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 800-dən çox müraciət daxil olub ki, bu müraciətlərin 240-a yaxını 30 ölkədən olan xarici investorlar tərəfindən təqdim edilib. Agentliyin stendində əməkdaşlıqda maraqlı olan yerli və xarici iş adamlarının görüşü üçün müvafiq şərait də yaradılıb.  


Həmçinin, KOBİA-nın stendində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində KOBİA, TÜİB və TİKA təşkilatlarının birgə dəstəyi ilə həyata keçirilən suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən dövlətin güzəştli kreditləri barədə də məlumat verilir. 


Qeyd edək ki, ilk dəfə olaraq keçirilən "Rebuild Karabakh" sərgisində 20-yə yaxın ölkədən 280-ə yaxın yerli və xarici şirkətlər iştirak edir. Sərgidə Qarabağın inkişafı üçün səmərəli məhsul, layihə və həllər nümayiş olunur. "Rebuild Karabakh" sərgisi oktyabrın 22-dək davam edəcəkdir.

Powered by Froala Editor