Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Regionlarda qadınların iqtisadi gücünün artırılması layihəsinə start verilib 23.05.22
Regionlarda qadınların iqtisadi gücünün artırılması layihəsinə  start verilib

Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) Yevlax və Göyçay - Ağdaş KOB inkişaf mərkəzləri, "Gələcək naminə" İctimai Birliyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asosasiyası və Ailə Qadın və Uşaq Problemləri üzrə Göyçay Qadın Resurs Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması” layihəsi həyata keçirilir.

Mayın 20-də Göyçayda layihə çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması: perespektivlər və imkanlar” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı, xidmət və ticarət sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar qadın iştirak edib. Tədbirin məqsədi Göyçay, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Gəncə və Mingəçevir rayonlarında müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların fəaliyəti ilə tanış olmaq, onları sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır. 

Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınaların işgüzar əlaqələrinin genişləndiriməsi və şəbəkələşməsinə dəstək üzrə müzakirələr aparılıb, həmçinin qadınların əl işlərindən ibarət sərgi təşkil olunub.  

Layihə çərçivəsində sahibkar qadınlar üçün mentorluq dəstəyinin göstərilməsi də nəzərdə tutulur.

Powered by Froala Editor