Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Regionlarda sahibkarlarla görüşlər davam edir 22.07.23
Regionlarda sahibkarlarla görüşlər davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə Gəncə və Yevlaxda sahibkarlarla görüşlər keçirilib.

 

Yevlax rayonunda istehsal və emal sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən investisiya təşviqi sənədi, KOB subyektlərinin maliyyə resurslarına çıxışı, müvəkkil banklar tərəfindən sahibkarlıq fəaliyyəti üçün verilən biznes və güzəştli kreditlər, kreditlərin sənədləşdirilməsi, subsidiyaların qeydiyyata alınması barədə biznes subyektlərinə məlumat verilib, onların sualları cavablandırılıb. 

 

Gəncə şəhərində isə sənaye, turizm, kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışı ilə bağlı çətinliklərinin öyrənilməsinə dair görüş keçirilib. Görüşdə 40-a yaxın sahibkarlıq subyekti, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və digər müvafiq qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə mövzu ilə bağlı sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, onlar dövlət dəstəyi mexanizmləri, güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb. 

 

Powered by Froala Editor