Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Reklam sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub 22.07.24
Reklam sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub

“Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda tədbirdə reklam bazarındakı müasir çağırışlar, bu sahədə biznes fəaliyyəti və imkanlar müzakirə edilib.

İyulun 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də biznes assosiasiyaların və reklam şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin məqsədinin reklam sahəsində biznes mühitini, burada olan mövcud imkanları və perspektivləri müzakirə etmək, sektorun problemlərini dövlət-sahibkar əməkdaşlığı platformasında birgə nəzərdən keçirmək olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qeyd edib ki, qurum tərəfindən göstərilən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək, vətəndaş məmnunluğuna nail olmaq əsas hədəflər sırasındadır. Bildirilib ki, sahibkarlar açıq məkanda reklamların yerləşdirilməsi zamanı müvafiq qaydalara əməl etməlidirlər. Reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi onların yerləşdirildikləri ərazilərin və binaların estetik görünüşünə xüsusi rəng qatmaqla yanaşı, şəhər və qəsəbələrin unikal tarixi simasını, milli koloritin qorunub saxlanılmasını təmin etməlidir. Müvafiq sahədə kibertəhlükəsizliyin təmin olunması məqsədilə ölkədəki monitor tipli reklam qurğularında yayımlanan reklamların məzmunlarının vahid mərkəzdən idarə olunması məsələsi də aktualdır. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, əvvəlki illərdə reklam qanunvericiliyi barədə məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların narazılığına səbəb olurdu. Lakin son dövrlər aparılan müşahidələrə əsasən artıq sahibkarlar reklam ödənişləri, qayda və prosedurlar barədə daha çox məlumatlıdırlar. Bu səbəbdən qurumlararası əməkdaşlıq və maarifləndirmə tədbirlərinin davamlı olması vacibdir. KOBİA sədri reklam yerləşdirilməsi ilə bağlı KOB-lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin bu sahədə fəaliyyət göstərən və ya biznesə yeni başlayanlara stimul verə biləcəyini də qeyd edib. 

Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, onların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Powered by Froala Editor