Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Ruanda nümayəndə heyəti KOB evi modeli ilə tanış olub 03.03.26
Ruanda nümayəndə heyəti KOB evi modeli ilə tanış olub

Ruanda nümayəndə heyəti Bakı və Xaçmazda fəaliyyət göstərən KOB evlərində olub, onlar üçün sahibkarlara göstərilən dəstək və xidmətlərə dair təqdimatlar keçirilib. 

 

Azərbaycanda sahibkarlara xidmətlərin göstərilməsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi, dövlət dəstəyi mexanizmləri və KOB evi modeli ilə yaxından tanışlıq məqsədilə Ruanda İnkişaf Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində heyət Bakı və Xaçmaz şəhərlərində fəaliyyət göstərən KOB evlərində olublar. KOB evləri ilə tanış olan qonaqlara bu modelin fəaliyyət prinsipləri və sahibkarlara təqdim olunan xidmətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, KOB evlərində göstərilən “G2B” və “B2B” xidmətlər sahibkarların biznes fəaliyyətinin asanlaşdırılmasına və vaxt itkisinin minimuma endirilməsinə imkan yaradır. KOB evi modelinin tətbiqi təcrübəsi, əldə olunan nəticələr və sahibkar məmnuniyyətinin artırılması istiqamətində görülən işlər də Ruanda heyətinin diqqətinə çatdırılıb, KOB evi modelinin bu ölkədə tətbiqi imkanlarına dair fikir mübadiləsi aparılıb. 


KOB evi modelinin regionlarda tətbiqi təcrübəsi ilə tanışlıq məqsədilə “Xaçmaz KOB evi”ndə və onun Xudat şəhərindəki “Food City" Aqroparkında fəaliyyət göstərən xidmət mərkəzində olan Ruanda nümayəndə heyətinə regionlarda sahibkarların xidmətlərə əlçatanlığının artırılması, yerli biznes subyektlərinə göstərilən dəstək və KOB evlərinin regionlarda biznesin inkişafına verdiyi töhfə barədə məlumat verilib.


Heyət həmçinin, KOBİA nümayəndələri ilə görüşüb, onlar üçün ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlər barədə təqdimatlar keçirilib, sualları cavablandırılıb. 


Ruanda nümayəndə heyəti səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “ASAN xidmət” mərkəzi, Azərbaycan Biznesinin İnkişafı Fondunda və s. görüşlər keçiriblər. 

Powered by Froala Editor