Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Rumıniya-Azərbaycan biznes forumu keçirilib 23.05.23
Rumıniya-Azərbaycan biznes forumu keçirilib

Rumıniya-Azərbaycan biznes forumunda KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin Rumıniyaya səfəri çərçivəsində Buxarestdə Rumıniya – Azərbaycan biznes forumu keçirilib. Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO və Buxarestin Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib. 

Biznes forumdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.

 



Powered by Froala Editor