Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Saatlı sahibkarları ilə onlayn görüş təşkil olunub 15.01.21
Saatlı sahibkarları ilə onlayn görüş təşkil olunub

Yanvarın 15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Saatlı rayonunda pambıq istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə sahəvi biznes assossasiyalar arasında görüş təşkil olunub. Onlayn formatda keçirilmiş görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, Saatlı Rayon İcra Hakimiyyətinin və bələdiyyələrin, KOBİA-nın, Sahibkarlığın İnkişafı Fondunun, Azərbaycan Mebel İstehsalçıları Assossasiyasının nümayəndələri və Saatlı rayonunda pambıq istehsalı ilə məşğul olan 20 sahibkarlıq subyekti iştirak edib.

Onlayn tədbirdə pambıq bitkisinin gövdəsindən mebel sənayesində xammal kimi istifadə olunmasına və yarımfabrikat lövhələrin hazırlanmasına dair müzakirələr aparılıb, müxtəlif fikirlər və təkliflər səsləndirilib, bu sahədə dəqiq araşdırma aparılmasının zəruriliyi vurğulanıb. Həmçinin, sahibkarlıq subyektləri tərəfindən lifsiz pambıq toxumunun emalı üzrə və pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən yağ məhsullarının hazırlanması sahəsində müəssisələrinin yaradılmasına dair təkliflər diqqətə çatdırılıb. Qeyd edilib ki, bu müəssisələrin yaradılması üçün araşdırma aparılmalı, məhsulların iqtisadi səmərəliliyi və rəqabətədavamlılığı qiymətləndirilməlidir.

Tədbirdə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarların sualları cavablandırılıb, yanvar-mart ayları ərzində KOBİA tərəfindən Saatlı rayonunun sahibkarları üçün daxili bazara araşdırmasına dair, eləcə də müxtəlif maarifləndirici və məlumatlandırıcı tədbirlərin təşkil olunacağı diqqətə çatdırılıb.

Powered by Froala Editor