Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim tərəfdaşlarla işə həsr olunub ELAN Bakı Enerji Həftəsində KOBİA tərəfindən KOB-ların yaşıl iqtisadiyyata keçidi və Bakı İqlim Bəyannaməsi təşviq olunur “İnsan İnkişafı Fokusunda: MeetUp” adlı görüş keçirilib Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Yaşıl nəqliyyat biznesi ilə bağlı ictimai müzakirə təşkil olunub AQEM Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu Biznes Forumu barədə video material Regionlarda sahibkarlıq fəaliyyəti üçün imkanlar: KOB evləri, KOB dostları, KOB inkişaf mərkəzləri “Yerli şirkətlərin tanıtım sərgisi” başlayır İdxal-ixracla məşğul olan sahibkarlarla görüş keçirilib
Sahibkarlar peşəkar kadrlarla çalışmağa üstünlük verməlidir 19.01.22
Sahibkarlar peşəkar kadrlarla çalışmağa üstünlük verməlidir

Yanvarın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanın əmək bazarında çağrışlar və gələcəyə baxış” mövzusunda tədbir keçirilib. 

Aidiyyəti dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın məşğulluğun təmin edilməsində rolu, biznesin kadr potensialının gücləndirilməsi üçün hədəflər və Agentliyin gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. İnsan kapitalının inkişafı, əmək bazarının tələblərinə uyğun olaraq hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi qarşıda duran vəzifələrdəndir. Yüksək bilik və bacarıqlara malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır, onların yaratdıqları dəyəri iqtisadi inkişafın vacib indiqatoru hesab etmək olar. Bu çağırışlardan irəli gələn vəzifələrin həyata keçirilməsi, mövcud ehtiyacların qarşılanması KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Agentlik vətəndaşların biznes təşəbbüslərinin reallaşdırılmasında, KOB subyektlərinin kadr potensialının gücləndirilməsində, onların müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsində, gənclərin əmək bazarına uyğun hazırlanmasında maraqlıdır. Bununla bağlı biznesin qurulması və inkişafı üçün KOBİA tərəfindən sahibkarlar üçün müasir çağırışlara uyğun təlimlər təşkil olunur, praktik məsləhət xidmətləri və digər dəstəklər göstərilir, məşğulluğa və kadr potensialının reallaşdırılmasına öz töhfəsini verən layihələr həyata keçirilir. 

Powered by Froala Editor