Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
​Sahibkarlar üçün daha bir güzəştli maliyyələşdirmə mexanizmi 07.12.19
​Sahibkarlar üçün daha bir güzəştli maliyyələşdirmə mexanizmi

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aqrar sahədə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi məqsədilə “Rabitəbank”la əməkdaşlıq edəcək.

Bu əməkdaşlıq Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində həyata keçiriləcək. “Rabitəbank” layihənin agent bankıdır.

Layihənin əsas məqsədi kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına maliyyə dəstəyi göstərməkdir. Bu sahədə həyata keçiriləcək layihələr üçün ilkin olaraq 3 mln. ABŞ dolları həcmində kredit ayrılıb. Layihə çərçivəsində götürüləcək kreditin müddəti 7 il, kredit faizi isə 8,8%-dir.

KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları layihə barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarları məlumatlandıracaq, onlara informasiya və məsləhət xidmətləri göstərəcək, aqrar sahədə öz biznesini qurmaq və genişləndirmək üçün Agentliyə maliyyə dəstəyi üçün müraciət edən sahibkarları bankla əlaqələndirəcəkdir. Bundan başqa, KOBİA-nın əlaqələndirməsi ilə layihə çərçivəsində kredit götürmək üçün banka müraciət edəcək sahibkarlara biznes kreditlərinə 1% güzəşt olunacaqdır.

Powered by Froala Editor