Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Sahibkarlara təlimlər, məsləhət xidmətləri və biznes planların hazırlanması üzrə geniş dəstək təqdim olunub 22.01.26
Sahibkarlara təlimlər, məsləhət xidmətləri və biznes planların hazırlanması üzrə geniş dəstək təqdim olunub

KOB-ların biznes biliklərinin və bacarıqlarının artırılması üzrə dəstək və xidmətlərdən 7 mindən çox sahibkar yararlanıb.

 

2025-ci ildə KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 751 təlim təşkil olunub. Bakı şəhərini və regionları əhatə edən təlimlər KOB-ların ehtiyaclarına uyğun olaraq satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. Agentliyin video təlim platformasında yerləşdirilmiş onlayn təlim videolarından, təlim materialları və özünüqiymətləndirmə testlərindən isə 475 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Ötən il KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 340 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.

Agentlik 2025-ci ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 288 biznes planın hazırlanmasına dəstək verib. 

Ümumilikdə, 2025-ci ildə KOBİA-nın KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 7 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. Bu dəstək və xidmətlər canlı və onlayn rejimdə olmaqla, tamamilə ödənişsiz təqdim edilib. 




Powered by Froala Editor