Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Sahibkarların müraciəti müsbət həll olunub 25.10.19
Sahibkarların müraciəti müsbət həll olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Siyəzən rayonunun Beşdam kəndində yerləşən 8 quşçuluq təsərrüfatının qaz təchizatı ilə bağlı yaranmış probleminin həllinə dəstək göstərib.

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş onlayn maarifləndirmə tədbirinə qoşulan sahibkarlar quşçuluq təsərrüfatlarında qaz təchizatı ilə bağlı yaranmış problemin həllində onlara dəstək göstərilməsi üçün müraciət ediblər.

Onlayn maarifləndirmə tədbirindən sonra sahibkarların kollektiv müraciəti “Azəriqaz” ASC tərəfindən nəzarətə götürülüb və məsələnin yerində araşdırılması üçün yaradılmış operativ qrup Siyəzən rayonuna göndərilib. KOBİA-nın Siyəzən rayonu üzrə “KOB Dostu”nun da iştirakı ilə aparılan araşdırmadan sonra sahibkarlara qaz təchizatında yaranmış texniki problemlə bağlı yazılmış cərimənin bir hissəsi silinib, qaz təchizatı dayandırılmış təsərrüfatlara qazın verilişi bərpa olunub.

Məlumat üçün qeyd edək ki, KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsidir. Bu istiqamətdə Agentlik dövlət qurumları və sahibkarlar arasında körpü rolunu oynayır və yaranmış problemlərin dövlət-özəl tərəfdaşlığı platforması çərçivəsində həllinə dəstək göstərir.

Powered by Froala Editor