Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı “Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib Sahibkarların müraciət və təklifləri dinlənildi Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOBİA heyəti Slovakiyada biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində görüşlər keçirib İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib
Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib 18.11.25
Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş görüşdə sahibkarlarla biznesin qurulması və inkişaf etdirilməsi üçün təklif və ehtiyaclarına dair fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirə kənd təsərrüfatı, intensiv bağçılıq, turizm, sənaye, xidmət, ticarət, ictimai-iaşə, arıçılıq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri, ümumilikdə 100-dən çox iştirakçı qatılıb. 

Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyəti, bu sahədə qanunvericilik, dövlət dəstəyi mexanizmləri vasitəsilə rayonun biznes imkanlarının reallaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Quba rayonu əsasən meyvəçilik və bağçılıq üzrə ixtisaslaşıb. Rayonda son illər emal müəssisələrinin yaradılması, turizm və xidmət sektorunun genişlənməsi müşahidə edilir. KOBİA da bütün regionlarda olduğu kimi Qubada sahibkarlığın inkişafına öz mandatı çərçivəsində dəstək göstərir. Rayonun iqtisadi üstünlüklərindən yararlanmaqla sahibkarlar meyvə və giləmeyvə əsaslı məhsullarda yerli brend formalaşdıra, bölgənin turizm potensialından istifadə etməklə aqroturizm və ekoturizm sahəsində yeni təşəbbüslər irəli sürə bilərlər. Həmçinin səmərəli modellərin tətbiqi, enerjiyə qənaət və yaşıl texnologiyaların biznes proseslərinə daxil edilməsi sahibkarlıq üçün faydalı olacaqdır. Dövlətin dəstək mexanizmləri barədə məlumatlı olmaq, güzəştli maliyyələşmə, ixrac və digər proqramlardan faydalanmaqla rayonun potensialına uyğun yeni biznes istiqamətlərinin araşdırılması da biznes üçün faydalıdır. 

Sonra görüşdə iştirak edən sahibkarların təklifləri dinlənilib, meyvə-tərəvəz məhsullarının satışına, emal müəssisələrinin yaradılmasına, kənd təsərrüfatı məhsullarının saxlanması üçün kiçik həcmli soyuducuların alınmasına və arıçılıq təsərrüfatı üçün torpaq sahəsinin icarəyə götürülməsinə dəstək, aqroturizm, suvarma, tingçilik, infrastruktur məsələləri və s. ilə bağlı müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb. 

Powered by Froala Editor