Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın 05.05.25
Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar yerli məşğulluq filialları və elektron platforma ilə yanaşı, KOB dostlarına da müraciət edə bilərlər. 

Özünüməşğulluq proqramı sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaradır. Bu səbəbdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-cu ildən bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir, proqramın müxtəlif mərhələlərində dəstək göstərir. Proqrama qoşulmaq istəyən vətəndaşlar, eləcə də proqramın iştirakçısı olmuş və növbəti mərhələdə biznesini inkişaf etdirmək istəyənlər KOBİA-nın ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına dəstək üçün müraciət edə bilərlər. 

KOBİA özünüməşğulluq proqramına iki istiqamətdə dəstək göstərir. Belə ki, Agentlik proqrama qoşulmaq istəyən vətəndaşların məlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması və məşğulluq filialları ilə əlaqələndirilməsinə dəstək olur, namizədlərin təsərrüfatına baxış, proqrama cəlb olunmuş şəxslərin təlimlərində və onlara aktivlərin verilməsində iştirak edir. Növbəti mərhələdə isə özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş vətəndaşlar bizneslərinin inkişafına dəstək üçün KOBİA-nın məsləhət, biznesin planlaşdırılması, satış bazarlarına çıxış və s. istiqamətlərdə xidmətlərindən faydalana bilərlər. 

Qeyd edək ki, 2019-2024-cü illərdə 800-dək vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən yararlanıb.



Powered by Froala Editor