Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA və Somali Federativ Respublikasının nümayəndələri arasında görüş keçirilib Keniya nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib Qazaxıstanın tələbə və magistrları “Bakı KOB evi”ndə olublar “Startap” şəhadətnaməsi hansı meyarlar əsasında verilir? – MƏLUMATLANDIRMA KOBİA “Caspian Investment Forum Bishkek 2024” tədbirində iştirak edib Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarlarla görüşlər davam edir Kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən KOB subyektlərinin nəzərinə! KOBİA nümayəndə heyəti İzmirdə səfərdə olub
Sahibkarlıq sahəsində klasterləşməyə dair daha bir mühüm addım 21.12.22
Sahibkarlıq sahəsində klasterləşməyə dair daha bir mühüm addım

Son illər ölkəmizdə sahibkarlıq sahəsində klasterləşmənin təşviqi məqsədilə çoxşaxəli islahatlar aparılmaqdadır. İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş “KOB klaster şirkəti”nin meyarlarını və Vergi Məcəlləsində klasterlər üçün müəyyən edilmiş vergi güzəştlərini xüsusilə qeyd etmək olar. Belə ki, Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, KOB klaster şirkətinin şəhadətnaməsi verilmiş kommersiya hüquqi şəxslər KOB klaster şirkətinin şəhadətnaməsini alaraq mənfəət vergisindən, torpaq vergisindən və əmlak vergisindən 7 il müddətinə, həmçinin müvafiq təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üzrə ƏDV-dən azad olunurlar. Vergi Məcəlləsi ilə KOB klasterin iştirakçısı olan fərdi sahibkar və hüquqi şəxslər üçün də vergi güzəştləri nəzərdə tutulur. Bu şəxslər KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin (mənfəətin) kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsinə 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad olunurlar. 

 

Qeyd edilən stimullaşdırıcı mexanizmlər KOB-lar arasında qarşılıqlı iqtisadi münasibətlərin qurulmasını, onların əlaqəli fəaliyyətini, rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını təşviq edir ki, bu da öz növbəsində KOB-ların bazarlara çıxış imkanlarını asanlaşdırır. 

 

Azərbaycan Respublikası Przedentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” ölkəmizdə klasterləşmənin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin davamı olmaqla, bu sahədə mövcud olan normativ hüquqi bazanın əsas elementlərindəndir. Sənəd mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir və KOB klasterinin yaradılması və ləğvi prosedurlarını tənzimləyir.

 

Klasterlərin yaradılmasının başlıca məqsədləri qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsul istehsalının və xidmət göstərilməsinin təşviqi, bu sahədə KOB-lar üçün əlverişli şəraitin yaradılması, onlar arasında əlaqələndirmənin gücləndirilməsi, əməkqabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılmasıdır.

 

Əsasnaməyə əsasən, KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur. 

 

KOB klasterinin yaradılması üçün kommersiya hüquqi şəxs olan KOB klaster şirkəti ondan qarşılıqlı surətdə asılı olmayan və KOB klasterin iştirakçısı olmaq istəyən ən azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlamalıdır. Bu şəxslər KOB klaster şirkəti və KOB klasterinin iştirakçısı kimi fəaliyyət göstərmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edərək müvafiq şəhadətnamələri əldə etməlidirlər. KOBİA tərəfindən şəhadətnamələrin verilməsi üçün ərizəçilər KOB klasterinin meyarlarına uyğun gəlməlidirlər. 

 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”, “KOB klaster şirkəti”nin meyarları” və Vergi Məcəlləsində klaster üçün nəzərdə tutulmuş güzəştlər barədə daha ətraflı məlumatı aşağıdakı linklərdən əldə etmək olar: 

 

https://president.az/az/articles/view/58212

https://e-qanun.az/framework/46948

https://e-qanun.az/framework/42728

Powered by Froala Editor