Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsi verildi 07.06.21
Sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsi verildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlıq subyektlərinə ilk “Startap” şəhadətnamələri təqdim olundu. Bunlar müvafiq elektron resurslardan və mobil tətbiqlərdən istifadə etməklə vətəndaşlara və sahibkarlara müxtəlif xidmətlər təklif edən “Çak-çuk”, “Dr.Agro” və “Bonpini” onlayn platformalarıdır.  


“Cyber Security Lab” MMC-nin www.cakcuk.az platforması ev təmizliyi, usta, bərbərxana kimi 180-ə yaxın istiqamət üzrə xidmət göstərən işçiləri və işəgötürənləri bir araya gətirməklə, onlar arasında körpü rolunu yerinə yetirir, eyni zamanda leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edir. “Bonpini” MMC-nin www.bonpini.az onlayn platforması isə fərdi yaşayış sahələrinin icarədarları üçün xidmətlər təklif edir. “Dr.Agro” MMC-nin “Dr.Agro” proqramı (www.dragro.az) kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərə əkini planlama, büdcənin hesablanması, aqronomdan məsləhət almaq, fərdi gübrələmə və dərmanlama planları, torpaq və su analizləri kimi xidmətlərdən istifadə imkanı verir. 


“Startap” şəhadətnaməsi KOB subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.


Qeyd edək ki, “Startap” şəhadətnaməsini almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməlidir. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun gələn müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır və “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. Ekspertlər Şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “İnnovasiyalar və rəqəmsal texnologiyalar” üzrə komissiya təmsil olunur. 


Ətraflı məlumat üçün: https://bit.ly/3dETJqw 

Powered by Froala Editor