Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib
Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir 03.12.24
Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir

2024-cü ildə təşkil olunmuş yarmarkalar çərçivəsində 380-dən çox KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub və satışı həyata keçirilib.

Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə bölgələrdə keçirilən “KOB Fest” sərgi-satış yarmarkaları davam edir. Növbəti “KOB Fest” Göyçay rayonunda keçirilir. Sabir bağının ərazisində təşkil olunmuş və üç gün davam edəcək yarmarkada Göyçay, eləcə də ətraf şəhər və rayonlardan 70-ə yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim olunur. Yarmarkaya çıxarılan məhsullar arasında kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, meyvələr, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir.

Yarmarkanın açılış mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlıq fəaliyyəti üçün imkanlar, biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər. Qeyd olunub ki, müasir dövrdə satış kanallarının çeşidi və məzmunu dəyişsə də, sərgi və yarmarkalar bu gün də effektiv satış platforması kimi öz aktuallığını saxlayır. Yarmarkalar sahibkarlara müştərilər ilə birbaşa ünsiyyət qurmaq, öz brendini tanıtmaq imkanı verməklə satış imkanlarını və biznes əlaqələrini genişləndirir. Belə yarmarkalar zamanı sahibkarların qazandığı təcrübə isə biznes fəaliyyətinin təkmilləşməsinə xidmət edir. 

“KOB Fest” sərgi-satış yarmarkası çərçivəsində həmçinin, mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar da təşkil olunur. Yarmarka dekabrın 5-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Göyçay rayonunda keçirilən “KOB-Fest” sərgi-satış yarmarkası cari il ərzində təşkil olunmuş sayca 9-cu tədbirdir. Bundan əvvəl “KOB-Fest” sərgi-satış yarmarkaları Bakıda, Göygöldə, Şəkidə, Gəncədə, Masallıda, Naxçıvanda, Zaqatalada və Xaçmazda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 380-dən çox KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub və satışı həyata keçirilib. 

Powered by Froala Editor