Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
Sənan Həsənov: “Platformamızın üstünlüyü icma modeli əsasında fəaliyyət göstərməsidir” 14.12.23
Sənan Həsənov: “Platformamızın üstünlüyü icma modeli əsasında fəaliyyət göstərməsidir”

Azərbaycanda innovativ texnologiyaların getdikcə daha çox tətbiq edilməsi e-ticarətin inkişafı və dövriyyəsinin artmasına səbəb olur. Ölkəmizdə elektron ticarət sahəsinə innovativlik gətirən startap layihələrindən biri də “Vvegros Azerbaijan” MMC-nin yaratdığı icma əsaslı onlayn alış-veriş platformasıdır.

“Vvegros Azerbaijan” MMC-nin həmtəsisçisi və direktoru Sənan Həsənov bildirib ki, ölkənin istehsalçı və xidmət göstərən şirkətləri öz məhsul və xidmətlərini hazırladıqları platformada yerləşdirirlər: “Şirkətlər onlar üçün yaratdığmız xüsusi kabinet üzərindən məhsullarını platformaya daxil edə, daha sonra satışlarına nəzarət edə, hesabatlarını - hansı məhsulun daha çox satıldığını, hansına tələbatın daha yüksək olduğunu görə bilirlər”.

S.Həsənov qeyd edib ki, platforma üzərindən məhsulların həm ölkədaxili, həm də xarici bazarlarda satışını təmin edə bilirlər və buna əsasən də malsatanlar müəyyən qədər komissiya ödənişi həyata keçirirlər. Platformanın istifadəçiləri üçün bonus sistemi də formalaşdırılıb, belə ki, bu yolla məhsul alan şəxs kəşbek qazanır. Eyni zamanda, istifadəçi platformaya cəlb etdiyi şəxslərə görə də kəşbek bonuslar əldə edir.

Startapçı vurğulayıb ki, platformalarının əsas fərqləndirici xüsusiyyəti onun icma əsaslı olmasındadır: “Burada yerləşdirilən hər hansı məhsulun müştəri bazasını formalaşdırırıq, müəyyən kommunikasiyalar həyata keçiririk ki, istifadəçi şəxslər məhsulları üzrə öz icmalarını yaratsınlar və onlar vasitəsilə təqdimatlarını keçirə bilsinlər”.

Sahibkar əlavə edib ki, bu ilin yanvar ayından platforma üzərindən aktiv satışlara başlayıblar və ötən ay Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən startap şəhadətnaməsi alıblar.

Hazırda platformanın 8500 müştərisi var. Müştərilərinin böyük əksəriyyəti Azərbaycandan olsa da, artıq Rusiya, Türkiyə və Qazaxıstanda da müştəri bazası formalaşmaqdadır: “Əsas hədəflərimizdən biri də platformanın texniki proqram təminatını gücləndirməklə onun əhatə dairəsini genişləndirməkdir. Bu yaxınlarda Türkiyənin informasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən böyük bir holdinqi ilə əməkdaşlığa başlamışıq. Onlar bizə bu sahədə dəstək, həmçinin, tərəfdaşlıq təklif ediblər, danışıqlar aparılır. Onlarla əməkdaşlıq quracağımız təqdirdə, effektiv proqram təminatı əldə edə biləcəyik. Hazırda istifadə etdiyimiz proqram 1 milyon müştərinin tələblərini yerinə yetirə bilir, amma hədəfimiz 10 milyon və daha çox olduğuna görə, proqram təminatını indidən gücləndirib o hədəflərə doğru irəliləməliyik”.

S.Həsənov hesab edir ki, platformalarının icma modeli əsasında fəaliyyət göstərməsi onlara Türkiyə və Rusiyanın rəqabətli bazarlarında yer tuta bilmək imkanı verəcək: “İcma əsaslı yanaşma bizim daha sürətlə irəliləməyimizə gətirib çıxaracaq. Eyni zamanda, platformada “oyun yanaşması”nı tətbiq etməklə istənilən bir addım üçün müəyyən qədər bonus veririk. Məsələn, şəxs ilk alışını edir, bir bonus qazanır, sonra ikinci alışını edir və əlavə bir bonus qazanır. Əgər kimisə platformaya dəvət edib onu bu barədə məlumatlandırsa, əlavə bonus əldə edir. Belə bir mexanizmin qurulması bizi rəqiblərimizdən fərqləndirən özəllikdir”.

MMC direktorunun sözlərinə görə, indiyədək layihəyə təxminən 80.000 manat investisiya yatırıblar. Hazırda yeni investisiyanın cəlbi üçün “StartupWiseGuys” (https://startupwiseguys.com/) proqramında iştirak edirlər: “Bu beynəlxalq platformaya qatılmaqla əlavə investisiya əldə etməyə çalışırıq. Hədəfimizə çatdıqdan sonra platformanın texniki proqram təminatını daha da təkmilləşdirəcəyik”.

 https://vergiler.az/news/economy/27264.html

Powered by Froala Editor