Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Suriya Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır 08.01.26
Suriya Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır

Onlayn formatda keçirilən görüşdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək mexanizmləri barədə məlumat verilib, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ilə Suriyanın Kiçik və Orta Biznesin İnkişafı Qurumunun baş direktoru İhab Zukur və Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov arasında onlayn görüş keçirilib.

Görüşdə KOBİA-nın KOB evləri modeli, KOB inkişaf mərkəzlərində göstərilən xidmətlər, “Startap” şəhadətnaməsi və KOB klasterlər barədə məlumat verilib. Bildirilib ki, Agentliyin təqdim etdiyi dəstək mexanizmləri arasında qrant müsabiqələri, bazar araşdırmalarının aparılması ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına və bazarda mövqelərinin güclənməsinə xidmət edir.

Görüşdə Suriyanın Kiçik və Orta Biznesin İnkişafı Qurumunun KOBİA-nın təcrübəsindən faydalanmaq və tətbiq etmək, eləcə də Azərbaycanın və Suriyanın kiçik və orta biznes subyektləri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, KOB-lar üçün xidmətlərin göstərilməsi sahəsində fəaliyyətin təşkili və tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsi aparılmasına dair müzakirələr aparılıb. 


Powered by Froala Editor