Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib 11.06.26
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib

Qarabağ iqtisadi rayonu üzrə sahibkarlar “Şuşa KOB evi”nin xidmətlərindən aktiv istifadə edirlər.

İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinin təşviqi və sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin olunmasına dəstək verən “Şuşa KOB evi”ndə 2026-cı ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib.

KOB evinə daxil olan müraciətlər əsasən biznes fəaliyyətinin təşkili, kommunal şəbəkələrə qoşulma və vergi məsələləri ilə bağlı olub. Belə ki, 2026-cı ilin yanvar-may aylarında “Şuşa KOB evi”nə ən çox müraciət edilən “Azərişıq” ASC - 219 (39,18%), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - 161 (28,80%), “Azəriqaz” İB - 122 (21,82%) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - 50 (8,94%) tərəfindən göstərilən xidmətlər olub.

“Şuşa KOB evi”nə Qarabağ iqtisadi rayonuna daxil olan bütün şəhər və rayonlardan sahibkarlar müraciət edə bilərlər. 

Qeyd edək ki, “Şuşa KOB evi” 2025-ci ilin fevral ayında fəaliyyətə başlayıb və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə, “Şuşa KOB evi”ndə sahibkarlara 8 dövlət qurumu və özəl təşkilat tərəfindən 90-dan çox xidmət təqdim olunur.

“Şuşa KOB evi” Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin binasında yerləşir. KOB evində göstərilən xidmətlər barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: https://smb.gov.az/az/nav/kob-evleri

 



Powered by Froala Editor