Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
Şuşa şəhərində Azərbaycan - Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 2-ci iclası keçirilib 12.06.23
Şuşa şəhərində Azərbaycan - Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının  2-ci iclası keçirilib

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 2-ci iclasında hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması, biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri, Qarabağa investisiya qoyuluşu imkanları müzakirə edilib. 

Şuşa şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 2-ci iclası keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. 

Qeyd edək ki, İşgüzar Şuranın iclasında iştirak etmək, eləcə də Azərbaycanın biznes və investisiya imkanları ilə tanışlıq məqsədilə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. 

İşgüzar Şuranın 2-ci iclasının Şuşa şəhərində keçirilməsində məqsəd işğaldan azad olunmuş ərazilərimizin iqtisadiyyata reinteqrasiyası istiqamətində görülən işləri, bölgənin biznes imkanlarını əyani olaraq Səudiyyə Ərəbistanı iş adamlarının diqqətinə çatdırmaq, onların müvafiq bərpa və yenidənqurma işlərində iştirakını təşviq etməkdir. 

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, İşgüzar Şuranın həmsədrləri - Əhməd Əli Əl Dakhil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov və İşgüzar Şuranın sədr müavini Abdullah Əl-Mutrif müvafiq olaraq hər iki ölkənin biznes, investisiya və ixrac potensialı, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə biznes və sərmayə qoyuluşu üçün imkanlar, həri iki ölkənin işgüzar dairələri arasında ticarət və investisiya sahəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədə fikirlərini bölüşüblər. 

Tədbir çərçivəsində həmçinin, hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb.

Həmçinin tədbirdə işğaldan azad edilmiş Qarabağın dayanıqlı inkişafına dair videoçarx nümayiş olunub, ölkəmizin investisiya imkanlarına dair təqdimat göstərilib. 

Tədbirdən sonra təşkil olunmuş “B2B” və “G2B” görüşlərdə məlumat və təcrübə mübadiləsi, əməkdaşlıq imkanları, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes missiyaların təşkili kimi məsələlər müzakirə edilib. 

Səudiyyə Ərəbistanından olan rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri iyunun 13-dək davam edəcək, onlar bir sıra dövlət qurumlarında görüşlər keçirəcək, ölkəmizə investisiya qoyuluşu imkanları ilə tanış olacaqlar. 

Qeyd: Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir. İşgüzar Şuranın ilk iclası 2023-cü ilin aprelində Ər-Riyad şəhərində keçirilib. 



Powered by Froala Editor