Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Tekstil fabrikinin fəaliyyəti ilə tanışlıq olub 31.03.23
Tekstil fabrikinin fəaliyyəti ilə tanışlıq olub

KOBİA nümayəndələri ilə müəssisənin inkişaf ehtiyacları və ixrac imkanları barədə fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Sumqayıt şəhərində yerləşən "Alyans Tekstil" MMC-yə məxsus tekstil fabrikində olublar. İstehsal fəaliyyəti ilə tanışlıq çərçivəsində fabrikin rəhbəri ilə müəssisənin inkişaf ehtiyacları və ixrac imkanları barədə fikir mübadiləsi aparılıb, KOBİA-nın KOB-lara dəstək mexanizmləri və tədbirləri barədə məlumat verilib.

Qeyd edək ki, fabrikdə gündə 300-350 ədəd işçi geyimləri istehsal olunur. Yaponiya və Almaniya istehsallı avadanlıqlara malik olan müəssisədə yerli və Türkiyə mənşəli xammaldan istifadə edilir. Fabrikdə Sumqayıt və Bakı şəhərlərindən olan 200-ə yaxın işçi çalışır. Müəssisə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində işsiz şəxsləri peşə təlimlərinə cəlb edir və kursu uğurla bitirənləri işlə təmin edir.

Powered by Froala Editor