Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha iki marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışı təşkil olunub Qlobal Sahibkarlar Konqresi çərçivəsində KOBİA bir sıra görüşlər keçirib, sənəd imzalayıb Qazax rayonunda sahibkarlarla görüş keçirilib Omanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatı ilə görüş keçirilib KOBİA Azərbaycanın startap ekosisteminin uğurlarını Qlobal Sahibkarlar Konqresində paylaşıb Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək Avstraliyanın Viktoriya əyalətinin naziri ilə görüş keçirilib İstanbulda “Dost diasporları ilə güc birliyi” mövzusunda tədbir keçirilib İstanbulda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı ilə görüş keçirilib KOBİA və İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib 10.10.19
Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunub.

Bununla bağlı oktyabrın 10-da keçirilən Forumda müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Forumda turizm biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən turizm biznesi sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, tədbir çərçivəsində maraqlı təkliflərin səsləndiriləcəyinə əminliyini bildirib. Qeyd olunub ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir və KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar, o cümlədən Azərbaycan Turizm Assosiasiyası təmsil olunur. Orxan Məmmədov turizm biznesi sahəsinə dair bir sıra təkliflərdə səsləndirib. Bildirilib ki, turizm sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak etməli və təmsil olunmalıdır. KOBİA isə bu prosesə sahibkarları cəlb etməyə hazırdır. Sahibkarlar turizm layihələrinin həyata keçirilməsi zamanı investisiya təşviqi mexanizmindən istifadə edərək vergi güzəştləri əldə edə bilərlər. Bu baxımdan KOB subyektlərini bu sahədə aktiv investisiya fəaliyyətinə dəvət edirik. Bundan başqa, daxili bazar araşdırmaları dəstək mexanizmindən turizm biznesi sektorunda istifadə oluna bilər.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında turizm sahəsində həyata keçirilən yeniliklər və layihələr, qarşıdakı hədəflər barədə məlumat verib.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Assosiasiyanın fəaliyyəti, turizmin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən danışıb, sahənin inkişafına dair müvafiq təkliflər səsləndirib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov forumda Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub.

Powered by Froala Editor