Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Turizm sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub 20.04.23
Turizm sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub

“Turizm biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirədə postpandemiya dövründə turizm sektorunun inkişafı və sahibkarların gözləntiləri müzakirə edilib, biznes subyektlərinin təklifləri dinlənilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Turizm Agentliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın və “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Turizm biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil olunub.

Tədbirdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov rəhbəri olduğu şuranın təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən KOB subyektlərinin iştirakı ilə prioritet mövzularda ictimai müzakirələrin təşkil olunmasının diqqətdə saxlanıldığını, turizm mövsümünün aktivləşməsi dövründə keçirilən tədbirin məqsədinin sektorun vəziyyətinin və sahibkarların gözləntilərinin öyrənilməsi, dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirə edilməsi olduğunu qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov turizm sektorunun pandemiya dövründə zərər çəkən sahələrdən olduğunu, lakin digər sahələrdə olduğu kimi turizm sektorunda da canlanmanın müşahidə edildiyini bildirib. Qeyd olunub ki, KOBİA turizm sektorunda biznesin qurulması və inkişafını müxtəlif mexanizm və xidmətlərlə dəstəkləyir, bu istiqamətdə Dövlət Turizm Agentliyi və digər tərəfdaşlarla birgə layihələr həyata keçirir. KOBİA turizm sektorunda fəaliyyət göstərən sahibkarlarla mütəmadi olaraq görüşlər, onlar arasında sorğular keçirir. Bu görüşlərin və sorğuların nəticələrinə əsasən turizm sektorunda çalışan sahibkarların çətinlikləri maliyyə vəsaitlərinə çıxış, kadr çatışmazlığı, regionların turizm üçün əlverişli zonalarında infrastrukturun əlçatan olmaması və s. ilə bağlıdır. Kreditləşmə prosedurunun sadələşdirilməsi və alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi, peşəkar kadrların hazırlanması istiqamətində sahibkarların maarifləndirilməsi bu məsələlərin həllində əhəmiyyətli olacaqdır. 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun turizm siyasətində iqtisadi yanaşmanın əsas götürüldüyünü, turizm sektorunun ümumi daxili məhsulda payının artırılmasının və 2026-cı ildə ümumi turist xərcləmələrinin 10 milyard manata çatdırılmasının hədəf kimi müəyyən edildiyini bildirib. Qeyd olunub ki, Dövlət Turizm Agentliyinin fəaliyyəti turizmdə strateji idarəetmə, turizmin tənzimlənməsi, turizm infrastrukturunun təkmilləşdirilməsi, marketinq və kommunikasiyanın gücləndirilməsi, turizm məhsullarının yaradılması və inkişaf etdirilməsi kimi 5 əsas istiqamət üzrə qurulub. Agentlik sədri turist səfərlərinin stimullaşdırılması üçün hava nəqliyyatında, həmçinin mehmanxanaların fəaliyyətində pandemiya dövründən irəli gələn müəyyən sanitar tələblərin aradan qaldırıldığını, viza rejiminin liberallaşdırılması, asanlaşdırılması istiqamətində hökumət səviyyəsində yeni müzakirələrə başlandığını vurğulayıb. Fuad Nağıyev turizm təkliflərinin stimullaşdırılması məqsədilə turizm və rekreasiya zonalarının yaradılması, sahibkarlar üçün əlverişli investisiya rejiminin formalaşdırılması üçün normativ bazanın təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını qeyd edib. Eyni zamanda hava nəqliyyatı siyasəti ilə turizmin inkişafı siyasətinin uzlaşdırılması istiqamətində Agentliyin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, əlavə iqtisadi təşviqlərin verilməsi, maliyyə əlçatanlığının təmin edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etdiyini bildirib. 

 “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov assosiasiyanın fəaliyyəti, postpandemiya dövründə turizm sektorunda irəliləyişlər, sektorun inkişafı istiqamətində təşkilata üzv şirkətlərlə əməkdaşlıq barədə fikirlərini bölüşüb. 

Tədbirdə sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.  

Powered by Froala Editor