Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Türkiyədə KOBİA və TÜMSİAD arasında görüş keçirilib 14.09.23
Türkiyədə KOBİA və TÜMSİAD arasında görüş keçirilib

KOBİA və TÜMSİAD arasında keçirilən görüşdə Azərbaycan və Türkiyənin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, KOB-ların iştirakı ilə birgə layihələrin və tədbirlərin təşkili müzakirə edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Türkiyədə işgüzar səfərdədir. Səfər çərçivəsində KOBİA nümayəndələri İstanbulda keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək, Türkiyənin sahibkarlıqla bağlı müxtəlif qurumlarında görüşlər keçirəcəklər. 

Sentyabrın 14-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə Bütün Sənayeçi və İş adamları Dərnəyinin (TÜMSİAD) İdarə Heyətinin sədri Yaşar Doğan ilə görüşüb. 

Görüşdə KOBİA-nın Azərbaycan və Türkiyənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyi, bu istiqamətdə Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıq edildiyi vurğulanıb. Sahibkarların dəstəklənməsi sahəsində birgə layihələrin və tədbirlərin təşkili, TÜMSİAD-a üzv olan iş adamlarının Azərbaycanda layihələr həyata keçirməsinə və ya yerli biznes tərəfdaşı tapmasına Agentliyin dəstəyi də görüşdə müzakirə edilib. 

Powered by Froala Editor